Yaranma Hekayəmiz

REAL YOLLAR, ETİBARLI BƏLƏDÇİLİK

Azərbaycanlı bir məzun tərəfindən yaradılan Study Diaries, yerli reallıqlara uyğun yol xəritələri və tələbə gündəlikləri vasitəsilə xaricdə təhsil prosesini daha aydın və anlaşılan edir. Məqsədimiz beynəlxalq təhsil imkanlarını hər bir tələbə üçün daha əlçatan etməkdir.

Hekayəmizin başlanğıcı

study diaries necə başlandı?

Xaricdə təhsil yolum Azərbaycandan Türkiyəyə - bakalavr təhsili almağa getməyimlə başladı, daha sonra isə magistr təhsili üçün Litvaya üz tutdum. Bu yol boyunca öyrəndiyim ən vacib şeylərdən biri o oldu ki, xaricdə təhsil almağın reallığı yola çıxmazdan əvvəl təsəvvür etdiyimizdən fərqli olur.

Bu təcrübənin bir hissəsi də xaricdə təhsil üzrə fəaliyyət göstərən bir şirkətlə yaşadığım xoşagəlməz təcrübə idi. Zaman keçdikcə digər tələbələrdən də buna bənzər hekayələr eşitdim. Bütün bunlar mənə göstərdi ki, insan həyatında bu qədər önəmli bir qərar verərkən aydın, dürüst və etibarlı məlumat tapmaq heç də asan deyil.

Study Diaries – i qurduğumun səbəbi də məhz bu oldu.

Xaricdə təhsilin çox vaxt danışılmayan tərəflərini paylaşmaq istədim qeyri-müəyyənliyi, edilən səhvləri, öyrənilən dərsləri və kaş əvvəldən biləydim dediyim məqamları. Məqsədim tələbələrə hansı yolu seçməli olduqlarını demək deyil. Sadəcə, öz seçimlərini etməzdən əvvəl qarşılarında nə olduğunu daha aydın görmələrinə kömək etməkdir.

Study Diaries mənim şəxsi hekayəmdən yarandı, amma məqsəd onun zamanla bir çox tələbənin hekayəsinin yer aldığı bir platformaya çevrilməsidir – səmimi, olduğu kimi xaricdə təhsil yolunda ilk addımlarını atanlar üçün həqiqətən faydalı hekayələrin.

Bizim vədimiz

Əsas prinsiplərimiz

01
02
03

Müstəqil bələdçilik

Yerli reallıqlara uyğun dəqiqlik

Tələbədən - tələbəyə dürüstlük

Heç bir agentliyin təsirindən asılı olmayan, qərəzsiz tövsiyələr təqdim edirik. Məqsədimiz sizi etibarlı və doğru məlumatlarla təmin edərək təhsil yolunuzda daha inamlı addımlamağınıza dəstək olmaqdır.

Hər bir bələdçi və təqvim azərbaycanlı tələbələrin ehtiyaclarına uyğun hazırlanır və müvafiq imtahanları, viza proseslərini eləcə də mədəni incəlikləri nəzərə alır.

Bu yolu səndən əvvəl keçmiş tələbələrin real təcrübələrindən, uğurlarından, çətinliklərindən və müraciət prosesi boyunca öyrəndikləri dərslərdən faydalan.

Öz Yoluna Başlamağa Hazırsan?

Ətraflı bələdçilərimizi və ilhamverici tələbə gündəliklərini kəşf et. Dünyaya açılan təhsil yolun buradan başlayır